“Prezidentin etimadını doğrultmağa çalışacağam” - Əliməmməd Nuriyev

“Prezidentin etimadını doğrultmağa çalışacağam” -


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında ötən gün sərəncam imzalayıb.

Sərəncama əsasən Komissiyanın yeni tərkibi formalaşıb. Komissiyanın yeni tərkibinə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidovun adları da daxil edilib.

Əliməmməd Nuriyev sərəncama münasibət bildirib. O, AzVision.az - a açıqlamasında adının Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinə daxil edilməsini prezidentin ona göstərdiyi etimad kimi dəyərləndirib:

“Bu prezidentimizin mənə göstərdiyi böyük bir etimaddır. Əfv Komissiyasının tərkibində fəaliyyət göstərmək və prezidentimizin humanizimlə bağlı mühüm səlahiyyətlərinin həyata keçirilməsində iştirak etmək mənim üçün böyük məsuliyyət deməkdir. Çünki burada məhkumların bağışlanılması məsləsinə baxılır, ilkin rəylər hazırlanır və prezidentə təqdim olunur. Prezident isə özünün məstəsna səlahiyyətlərindən istifadə edərək məhkumların əfv edilməsi, onların cəza müddətlərinin azaldılması və ya dəyişdirilməsi, maddi ziyanın bağışlanılması istiqamətində müvafiq qərarlar qəbul edir.

Şübhəsiz ki, Əfv Komisssiyasının fəaliyyəti müvafiq sənədlə - “Əfv Komissiyası haqqında Əsasnamə” ilə nizamlanır. Bu əsasnamə cənab prezident tərəfindən təsdiqlənib. Əfv Komissiyası da bu istiqamətdə fəaliyyyət göstərir. Azərbaycan cəmiyyəti bu istiqamətdə göstərilən həmişə çox effektiv və səmərəli bir fəaliyyətin şahidi olub”.

Ə. Nuriyev həmçinin qeyd edib ki, müstəqillik əldə etdiyimiz vaxtdan bu günə qədər 60-yaxın əfv sərəncamı imzalanıb:

“Bununla da minlərlə məhkum azadlığa çıxıb. Bir sözlə Əfv Komissiyası ölkədə hər bir vətəndaşa qucaq açıb. Onların bu və ya digər səbəbdən baş verən xəta və səhvlərini, cinayətlərini bağışlamaq istiqamətində öz rəyini hazırlayıb və prezidentə təqdim edib. Cənab prezident də bağışlanan hər kəsə cəmiyyətə yenidən inteqrasiya olunma, Azərbaycanın inkişafında iştirak etmək və yaxınlarının yanında olmaq şansını verib. Bu fəaliyyət eyni qayda da davam edəcək. Buna heç şübhə də etmirəm.

Əfv Komissiyasının yeni tərkibinin qarşısında böyük məsluyyətli işlər durur. Burada ədalətli yanaşmanın vacibliyi əsasdır. Elə etmək lazımdır ki, cinayət törədən şəxslərin əfv olunması zamanı dövlətin maraqlarına ziyan dəyməsin. Bu məsələdə balansı qorumaq lazımdır. İndiyə qədər də Əfv Komissiya tərəfindən bu balans həmişə uğurlu bir formada qorunub. Əfv Komissiyasının tərkibində olan şəxslər kifayət qədər nüfuzlu və məsuliyyətli insanlardır. Bu Komissiyanın fəaliyyəti həm cəmiyyət, həm də beynəlxalq təşkilatlar tərəfindən hər zaman diqqətlə izlənilir. Bütün hallarda son söz dövlət başçımızın olur. Bu onun müstəsna səlahiyyətidir.

Dövlət başçımızın mənə göstərdiyi bu etimadı doğrultmağı vacib hesab edirəm və bunun üçün var gücümlə çalışacam. Buna görə də cənab prezidentə təşəkkür edirəm. Komissiyanın bütün üzvlərinə uğurlar arzu edirəm” -, deyə Ə. Nuriyev fikirini yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...