“AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən qərar qəbul edilsin” – Deputat
“Təklifim ondan ibarətdir ki, AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin”.
Yeniavaz.com xəbər verir ki, bunu 68 saylı Sabirabad - Şirvan seçki dairəsindən Milli Məclisə seçilmiş Yeni Azərbaycan Partiyasının deputatı Kamal Cəfərov öz sosial şəbəkə hesabında yazıb.
“1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi barədə qərar qəbul edib. İclasda sədrlik Həsənbəy Ağayev tərəfindən həyata keçirilib.
İclasın açılışında Fətəli Xan Xoyski Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məqsədilə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Ermənistan Milli Şurası arasında aparılmış danışıqların nəticələri barədə məruzə ilə çıxış edib. Məruzəsinin sonunda o qeyd edib ki, Ermənistan dövləti üçün siyasi mərkəzə ehtiyac var və Gümrünün Türkiyə ərazisinə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər. Bu səbəbdən, İrəvan ermənilərə güzəştə gedilməlidir.
Məsələ səsverməyə çıxarılıb və arxiv protokoluna əsasən, Milli Şuranın 28 üzvündən 16-sı qərarın lehinə, 1-i əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb, qalan üzvlər isə səsvermədə iştirak etməyib”, - deputat qeyd edib.
K. Cəfərov iddia edib ki, həmin iclasa İrəvandan olan üzvlər dəvət olunmayıb:
“Sonradan iştirak etsələr də, onlara çıxış etmək imkanı verilməyib, yazılı müraciətləri isə AXC katibliyi tərəfindən “itirilib”.
Hazırda Türkiyə Cümhuriyyəti Osmanlı Arxivində (BOA.HR.SYS, no. 2398/4, v. 12) saxlanılan arxiv sənədinə əsasən, artıq 1918-ci il mayın 23-də M.Ə. Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya geniş məzmunlu müraciət ünvanlamışdılar. Bu müraciətin əsas səbəbi, Ənvər Paşa və Osmanlı hökumət başçısı Tələt Paşanın erməni dövlətinin qurulmasına qarşı sərgilədikləri mövqe olub.
M.Ə. Rəsulzadə və silahdaşları hesab edirdilər ki, əgər ermənilərin öz dövlətləri olmazsa, onlar müstəqil Azərbaycanın daxilində qırğınlar və terror aktları törədə bilər, bu isə etnik barışa ciddi maneə yaradar. Eyni zamanda, gələcəkdə Azərbaycana axın edəcək erməni qaçqınlarının sayını nəzərə alaraq, siyasi idarəetmədə məcburi koalisiya hökuməti qurulması zərurəti ortaya çıxa bilərdi. Bu ehtimalları nəzərə alaraq, onlar Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına dəstək vermişdilər. Onların qənaətinə görə, bu halda ermənilər öz milli məqsədlərinə çatacaq və Azərbaycana qarşı gələcəkdə ərazi iddiaları qaldırmaqdan imtina edəcəkdilər”.
O, həmçinin bir neçə foto da dərc edib və onların İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi ilə bağlı Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasına dair 3 nömrəli protokol, həmçinin 1 iyun tarixində keçirilmiş iclasda İrəvandan olan deputatların bu qərara etirazları ilə bağlı tərtib olunmuş 4 nömrəli protokol olduqlarını iddia edib.
Deputatın fikirləri sosial şəbəkələrdə müzakirələrə, həmçinin təklifi tənqidlərə səbəb olub.
116 dəfə oxundu