Avroparlamentdən növbəti qərəz - ermənipərəst deputatın “səmimi diplomatiya” anlayışı – ŞƏRH

Avroparlamentdən növbəti qərəz -
Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti öz çirkin kampaniyasını davam etdirməkdədir. Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərini yerinə yetirmək bu qurumun siyasi simasının xarakterik cizgisidir.

Avropa Parlamentində aparılan müzakirələr, deputatların çıxışları və qəbul olunan sənədlər artıq digər ölkələrin daxili işlərinə kobud müdaxilə vasitəsinə çevrilib.

Avroparlamentin Ermənistan üzrə daimi məruzəçisi Miriam Leksmann növbəti dəfə ermənipərəst mövqe nümayiş etdirib. Korrupsiya və digər qalmaqallarda adı hallanan Leksmann Azərbaycanın ünvanına hədyanlar və böhtan dolu fikirlər səsləndirib. Bildirib ki, rəsmi Bakı regional sülh və təhlükəsizliyə mane olan bəyanatlar səsləndirir. “Hədələr səsləndirmək deyil, mürəkkəb, səmimi diplomatiya zamanıdır”, - o vurğulayıb.

Cənubi Qafqazda destruktiv fəaliyyəti ilə tanınan bu şəxs bundan əvvəl Gürcüstanın daxili işlərinə qarışması ilə yadda qalıb. Tbilisi hakimiyyəti Leksmann və digərlərini ölkənin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirmişdi ki, bəzi xarici deputatlar özləri xarici müdaxilədən şikayət edir, lakin məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışırlar.
Avroparlamentdən növbəti qərəz -


Hakim “Gürcü Arzusu” partiyası isə yaydığı bəyanatda bildirib ki, Avropa İttifaqı bürokratiyasının dəyər vəziyyəti bu gün ən pis durumdadır və bu, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi beş qətnamədə daha yaxşı ifadə olunub.

Tanış ssenaridir. Məhz Azərbaycanın da hədəfə alınmasının arxasında yuxarıda qeyd olunan məsələlər dayanır. Prezident İlham Əliyev də yanvarın 7-də yerli telekanallara verdiyi müsahibədə bu məsələyə geniş yer ayırıb. Avropa Parlamentinin və deputatların Azərbaycanın daxili işlərinə qarışmasını, ermənipərəst mövqe nümayiş etdirməsi və qərəzli münasibətini ortaya qoyub.

Maraqlı olan odur ki, Avropa İttifaqı bir tərəfdən Azərbaycanın ən böyük ticarət tərəfdaşı hesab edilsə də, digər tərəfdən, Ermənistana silah üçün pul və ya bilavasitə silah ötürülməsini həyata keçirir. Bədnam Sülh fondunun fəaliyyətini yada salmaq kifayətdir.

Prezident İlham Əliyev bildirib ki, 2024-cü il bütövlükdə Avropa İttifaqı və Avropa Parlamentinin Azərbaycana qarşı qərəzi ilə yadda qaldı: “Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu. Sizin də yaxşı bildiyiniz çoxlu fakt var. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı".

Rəsmi Bakının digər haqlı iradı Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlıdır. Azərbaycan dəfələrə bəyan edib ki, bu missiyanın fəaliyyəti onunla da razılaşdırılmalıdır. Hətta bununla bağlı 2022-ci ilin oktyabrında Praqada şəxsən Prezident İlham Əliyevlə razılıq əldə olunub:
Avroparlamentdən növbəti qərəz -


“Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar.

Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər”.

Dövlət başçısı xüsusi vurğulayıb ki, bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı binoklla izləmək kimi ədəbsiz bir davranış da sərgiləyib:

“Məgər o, bundan bir həftə əvvəl burada, Bakıda olarkən və mənimlə görüşməyi xahiş edərkən bunları görmürdü? Əgər baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim, dağları seyr edərdi. Başa düşürsünüzmü, bu, artıq nümayiş deməkdir. Bu, sadə məsələ deyil. Bu, münasibət deməkdir. Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik? Mən hələ xarici işlər üzrə sabiq ali nümayəndənin destruktiv rolundan danışmıram. Başqa məsələlər də var. Çoxlu məyusluq oldu”.

Avroparlamentdən növbəti qərəz -

Prezidentin növbəti mesajı isə Ermənistanı silahlandıraraq onu revanşizmə sürüklələyənlərə yönəlib. O bəyan edib ki, əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh fondunun bundan sonra da davamı olacaqsa, Azərbaycan tərəfindən adekvat hərəkətlər ediləcək:

“Mən hələ Avropa Parlamentinin rüsvayçı davranışını demirəm. Yeri gəlmişkən, yeni tərkib də köhnəsindən xüsusilə fərqlənmir. Həmin azərbaycanofobiya və tamamilə heç bir motivi olmayan eyni hücumlar. Biz, ümumiyyətlə, onları yada salmırıq, nə bu Avropa Parlamentini, nə də deputatları, hətta bu insanların kim olduğunu da bilmirik. Amma onlar Azərbaycanla mübarizəni özlərinin həyat amalına çeviriblər”.

Bəs Avropa Parlamentinin hədəfi nədir? Cavab sadədir - Azərbaycanı asılı vəziyyətdə saxlamaq istəyir. Prezidentin də qeyd etdiyi kimi, biz onları bütün bunlardan məhrum etmişik. Lakin bütün qərəzli və böhtan dolu təşəbbüsləri kimi, sonuncu da nəticəsiz başa çatacaq. Leksmann və onun kimilərin anti-Azərbaycan ritorikası, fəaliyyəti hər zaman uğursuz olacaq.

Hesab edək ki, bununla da Avropa Parlamentinin bütün mahiyyəti ortaya qoyulur. O parlament ki, 1988-ci ildə Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarından deportasiya edilərkən nəinki bu vəhşiliyi pislədi, əksinə, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə çağırış etdi...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...