“Dövlət telefonu ilə zəng edirsən, hansısa qız cavab verir” deputatlar gileylənirlər

“Dövlət telefonu ilə zəng edirsən, hansısa qız cavab verir”


“Dövlət telefonuna hörmət bərpa olunmalıdır, qaytarılmalıdır. Çünki dövlət telefonunun adı dövlət telefonudur”. Modern.az saytı xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin iclasında deputat Fəzail İbrahimli deyib. O, bildirib ki, dövlət məmurları, nazirlər, komitə sədrləri dövlət telefonu ilə onlara edilən zənglərə cavab vermirlər.

"Bəlkə mənim bir şəxsi xahişim var, heç olmasa, dinlə, özün bilərsən, sonra nəzərə alma. Amma hər bir deputatın arxasında 40 min seçici dayanır, onların problemlərini dinləmək və nəzərə almaq lazımdır. Məmurların bir nömrəli borcudur ki, insanların problemlərinə həssaslıqla yanaşsınlar.

Lakin çox təəssüflər olsun ki, dövlət telefonu ilə zəng edirsən, heç biri cavab vermir. Həmin şəxsin yerinə telefonda 8-ci sinifdə oxuyan qızın səsi ilə "alo" cavabı" verilir. Biz onlara zəng edərkən az qala canımız çıxa. Saymamazlıq, hörmətsizlik göstərib cavab vermirlər. Belə olmaz, biz buna susmamalıyıq. Çünki susmaq problemlərin qalmasına və ondan ölkəmizə qarşı istifadə etmək istəyən yad ünsürlərin addımlarına razılıq əlaməti deməkdir. Biz öz sözümüzü deməliyik. Məsələn, mən Fəzail İbrahimlinin bu dövlətə nə ziyanı dəyə bilər? Olsa-olsa, nahaq danışa, haqqı nahaqqa qurban verə bilərəm”.

Deputatın sözlərinə görə, elə qüvvələr var ki, onlar müəyyən təsir gücünə malikdirlər.

“Bunların içərisində məmurlar da, sahibkarlar da var. Onlar daha çox əməli fəaliyyət göstərməlidirlər, dövlət başçısının ətrafında daha çıx birləşməlidirlər, problemlərin həllinə kömək etməlidirlər. Eyni zamanda, biz deputatlar da məmurlarla əl-ələ verib bu dövlət, bu xalq üçün işləməli, çalışmalıyıq. Yəni, məmurlar bu məsələdən yaxalarını kənara çəkməməlidirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...