“Əhliman Əmiraslanovu burada heç tanıyan yoxdur”

“Əhliman Əmiraslanovu burada heç tanıyan yoxdur”
Əhliman Əmiraslanovu heç tanıyan yoxdur burada. Adını belə bilməyən insanlar var. Adını bilmirlərsə niyə gedib ona səs versinlər ki?

Bu sözləri Tribunainfo.az-a 67 saylı Sabirabad Seçki Dairəsindən Müsavat Partiyasının namizədi Fərman Salmanov deyib. O qeyd edib ki, bu dairədə Ə.Əmiraslanovu tanımırlar və tanımaq da istəmirlər:

“Mən imza toplayarkən özüm qapı-qapı gəzmişəm gecə-gündüz, söhbət etmişəm seçicilərlə. Özümə münasibət yüksək səviyyədədir. Mən bu camaatın içində olan adamam. Bu dairədə məndən başqa kim var bu insanların içində olan?
Əhliman Əmiraslanovu heç tanıyan yoxdur burada. Adını belə bilməyən insanlar var. Adını bilmirlərsə niyə gedib ona səs versinlər ki? O insan heç bir dəfə olubmu bu xalqın içində? Mən görüşlər də keçirirəm, imkan daxilində. Özümə qarşı bu münasibəti görməsəydim fikirləşərdim ki, heç bir şansım yoxdur. Əgər təmiz, şəffaf seçki olsa, heç bir saxtakarlıq edilməsə seçilə bilərəm. Ancaq təmiz seçkidə Əhliman Əmiraslanovun qalib gəlmə şansı yoxdu”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...