Macarıstanın Aİ Şurasına sədrliyi ləğv edilə bilər

Macarıstanın Aİ Şurasına sədrliyi ləğv edilə bilər
Avropa İttifaqının (Aİ) səfirləri iyulun 10-da Aİ-dəki Daimi Nümayəndələr Komitəsinin iclasında Macarıstanın Baş naziri Viktor Orbanın Moskva və Pekinə səfərini müzakirə edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “EUobserver” portalı avropalı bir neçə diplomata istinadən məlumat yayıb.
Bildirilib ki, buna səbəb bəzi Aİ ölkələrinin Orbanın Rusiya və Çinə səfərlərindən sonra Macarıstanın Aİ Şurasına sədrliyini ləğv etmək barədə düşünməsidir.
Qeyd olunur ki, Orban yalnız Budapeşt adından çıxış etdiyi barədə bəyanat versə də, Aİ Orbanın səfərləri zamanı Aİ Şurasına Macarıstanın sədrliyinin loqotipindən istifadə etməsinə etiraz edir.
Diplomatların sözlərinə görə, bəzi ölkələr pərdə arxasında Macarıstanın sədrlikdən məhrum edilə biləcəyi ssenaridən danışır və qeyd olunur ki, onun yerini bu ilin sonuna kimi iki ölkədən biri – İspaniya və ya Belçika tutacaq.
Portal həmçinin yazır ki, bir neçə Avropa ölkəsi Avropa Siyasi Birliyinin (APC) noyabrda Budapeştdə keçiriləcək sammitinin yerinin dəyişdirilməsi imkanlarını müzakirə edir. Transferlə bağlı qeyri-rəsmi qərar iyulun 18-də Londonda Birliyin iclasında verilə bilər.
Qeyd edək ki, Macarıstana qarşı hər hansı tədbirin görülməsi üçün mövcud icma qanunvericiliyi əsasında Aİ ölkələri ilk növbədə Budapeştin hərəkətlərinin Avropa İttifaqının dəyərlərinə xələl gətirməsini, Macarıstanın sədrliyininin ləğv edilməsini və onun səsvermə hüququndan məhrum edilməsini yekdilliklə qəbul etməlidirlər.
“EUobserver” sadalananların çətin ki baş tuta biləcəyini, çünki Macarıstanla yaxın əlaqələri olan Slovakiyanın buna mane olacağını yazır.
Xatırladaq ki, iyulun 5-də Orban Moskvaya səfər edib və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, Ukraynadakı münaqişənin həllinin mümkün yollarını və sülh danışıqlarının başlanmasını müzakirə edib. Moskvadan isə birbaşa Çinə səfər edib və burada Si Cinpinlə görüşüb. Rusiyaya səfərindən əvvəl isə Orban iyulun 2-də Kiyevdə Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...