Ərdoğanın Paşinyana jesti rusları niyə narahat edir? (ŞƏRH)
"Son zamanlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının əsas səbəbi İrəvanın Fələstini dövlət olaraq tanıması ilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri Nikol Paşinyanı iyulun 16-da Ankaraya səfərə dəvət etməsini şərh edərkən deyib.
Cümşüd Nuriyev bildirib ki, bu məsələ Ermənistanın daxili işidir:
”Türkiyənin bu məsələdə İrəvanı dəstəkləməsi də onun öz işidir. Onlar arasında münasibətlərin yeni müstəviyə keçməsi gözlənilən idi. Ankaranın Paşinyana səfər dəvəti təbii ki, Ermənistan Türkiyə sərhədinin açılması, bölgədə sülhün qorunması, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması, yəni Türkiyənin siyasi, iqtisadi, hərbi maraqları çərçivəsində olan məsələlərin müzakirəsilə əlaqədardır".
Həmsöhbətimiz deyib ki, Paşinyanın Türkiyəyə Vardavar və ya Məsihin dəyişdirilməsi günündə dəvət olunmasının hansı məna daşıması isə dərin diplomatiyanın işidir:
"Məhz, həmin gün bu məqsədlə çağırıldığını iddia və təkzib də edə bilmərəm. Ola bilər bu olsun”.
Paşinyanın Türkiyəyə dəvət edilməsindən rus politoloqlarının əndişələnməsinə gəlincə, ekspertə görə, bu Rusiyadakı ermənipərəst politoloqların işidir:
"Onların əndişələnməsi bizi maraqlandırmamalıdır. Rusiya bütün hallarda Türkiyə ilə münasibətləri normal saxlamağa məhkumdur. Çünki Moskvanın Türkiyədən başqa münasibət quracağı hansısa bir NATO-ya üzv dövlət yoxdur. Putinin də Ərdoğana xüsusi hörməti var”.
Qeyd edək ki, bir sıra məlumatlara görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanı iyulun 16-da, Vardavar və ya Məsihin dəyişdirilməsi günündə Türkiyəyə səfərə dəvət edib. Maraqlısı odur ki, bu dəvət Rusiya mətbuatında çıxış edən rus politoloqlarını əməlli-başlı əndişələndirib. Belə ki, rusiyalı politoloq Stanislav Tarasov yerli mediaya açıqlamasında Ərdoğanla Paşinyan arasında telefon danışığına ABŞ dövlət katibinin birinci müavini Riçard Vermanın iyunun 17-19-da İrəvana səfəri kontekstində yanaşmaq lazım gəldiyini bildirib. "Ərdoğanın qarşıdan gələn "Vardavar münasibəti” ilə Paşinyanı təbrik etməsi məlum idi, amma Paşinyanı bu bayramda Türkiyəyə dəvət etməsinin özü çox maraqlı nüansdır”, deyə Tarasov bildirib.
Rusiyalı politoloqlarının belə yanaşması əslində Ermənistanla Türkiyə arasında mümkün ola biləcək razılaşmalara qarşı təbliğat diversiyasıdır. Onun nəticəsidir ki, həmin ermənipərəst politoloqlar panikaya düşüblər.
372 dəfə oxundu