CHP sədri təsdiqlədi: "Azərbaycana getmək planım var"
"İlk xarici səfərimi Azərbaycana etmək istəyirəm, amma Bosniya və Herseqovinanın Dövlət Günü var və onu qaçırmaq istəmirəm. Azərbaycana da getmək planım var. Keçmiş XİN rəhbəri Hikmət Çətinlə gedəcəyik. Çünki onun dövründə Ermənistanla sərhəd bağlanıb”.
"Report" xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycana təqvimə uyğun bir vaxtda gələcək.
“Xarici siyasətimizin bir hissəsi də Şimali Kipr Türk Cümhuriyyəti, türk respublikaları və Balkanlardır. Bir hissə də Avropa İttifaqı ölkələri və solçu, sosialist partiyalarlarla münasibətlərdir. Partiyamız Sosialist İnternasionalında nümayəndələr səviyyəsində təmsil olunub, mən də bundan sonra onu təmsil edəcəyəm. Bütün proseslərdə yaxın münasibətdə olduğumuz qurumlarla əməkdaşlıq edəcəyik”, - deyə CHP sədri vurğulayıb.
O, bildirib ki, 120-dən çox liderə İsrail-Fələstin məsələsində sülhü müdafiə etmək barədə məktublar yazıb: “Bundan sonra Quranın yandırılması, Türkiyəyə hörmətsizlik kimi hər hansı bir böhran vəziyyəti yaşananda hərəkətə keçəcək, ölkənin haqlı mövqeyini ən doğru şəkildə çatdırmaq üçün üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik”.
Qeyd edək ki, bi neçə gün öncə CHP-nin yeni sədri Özgür Özel “Sabah” qəzetinin köşə yazarı Yavuz Donata ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirmişdi.
550 dəfə oxundu