“Ermənistanın özü Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, biz nə edə bilərik?”
“Rusiya-Ermənistan münasibətlərində heç bir dönüş yoxdur“.
Yeniavaz.com İnterfaska istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında Ermənistanla ikitərəfli münasibətlərdə baş verən son hadisələri şərh edərkən deyib.
“Heç bir dönüş olduğunu düşünmürəm, biz baş verənləri görürük, başa düşürük”, - deyə o, vurğulayıb.
Qarabağ münaqişəsi zonasında mövcud vəziyyətə gəlincə, Putin qeyd edib ki, Ermənistan rəhbərliyi Bakının Qarabağ üzərində suverenliyini rəsmən tanıdıqdan sonra vəziyyət kəskin şəkildə dəyişib.
“Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nə etməliyik?” - prezident deyib.
Eyni zamanda, o etiraf edib ki, Qarabağ ermənilərinin təhlükəsizliyi problemi, habelə Rusiya sülhməramlılarının mandatı da daxil olmaqla, humanitar xarakterli digər məsələlər də həllini tapmayıb.
"Təbii ki, burada humanitar xarakterli məsələrələ yanaşı, sülhməramlılarımızın mandatı ilə bağlı məsələlər də ortaya çıxır. Mandat hələ də qüvvədədir, lakin həm humanitar xarakterli məsələlər, həm də orada hər hansı etnik təmizləmənin qarşısını almaq, əlbəttə ki, aradan qalxmayıb və mən bununla tamamilə razıyam”, - Putin qeyd edib.
“Ümid edirəm ki, Azərbaycan rəhbərliyi bizə həmişə deyildiyi kimi, heç bir etnik təmizləmənin aparılmasında maraqlı deyil, əksinə, maraqlıdır ki, bu proses (münaqişənin həlli nəzərdə tututlur) daha yumşaq baş versin", - o, vurğulayıb.
Moderator Ermənistanın baş naziri Nikol Paşinyanla bu yaxınlarda danışıb-danışmadığını soruşduqda isə Putin belə cavab verib: “O, mənə ətraflı məktub göndərib, əlaqə saxlayırıq, Ermənistanla heç bir problemimiz yoxdur, baş nazir Paşinyanla isə heç bir problemimiz yoxdur. Onunla daim əlaqəmiz var”.
728 dəfə oxundu