Ermənistan ordusunun itkiləri qat-qat çoxdur – Ohikyan

Ermənistan ordusunun itkiləri qat-qat çoxdur –
Bugünkü toqquşmalarda Ermənistan Müdafiə Nazirliyinin rəsmi bəyanatında deyildiyindən qat-qat çox itki verib.

Axar.az xəbər verir ki, bu barədə tanınmış erməni jurnalist Nairi Ohikyan Feysbuk səhifəsində yazıb.

“Təəssüf ki, yeni qurbanların qarşısını almaq mümkün olmadı. Erməni tərəfinin itkiləri ilə bağlı rəqəmlər söyləməkdən çəkinəcəm, bunu etmək səlahiyyəti yalnız Ermənistan Müdafiə Nazirliyinə məxsusdur, amma təəssüf ki, elan ediləndən daha çoxdur”, - o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ermənistan MN Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində 4 əsgərinin məhv edildiyini, bir əsgərinin yaralandığını təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...