ABŞ-ın müvəqqəti işlər vəkili Qubad İbadoğlunun vəkilləri ilə görüşdü

ABŞ-ın müvəqqəti işlər vəkili Qubad İbadoğlunun vəkilləri ilə görüşdü
ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara Qubad İbadoğlunun vəkilləri ilə görüş keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüç iş və onun hazırki vəziyyəti ilə tanış olmaq məqsədi daşıyır.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...