Çin rəsmi xəritədə Rusiyanin bir hissəsini öz ərazisi kimi göstərdi

Çin rəsmi xəritədə Rusiyanin bir hissəsini öz ərazisi kimi göstərdi
Çində dövlətə məxsus “Standart xəritələrin kartoqrafiya xidməti” 2023-cü il üçün rəsmi olaraq təsdiq edilmiş yeni coğrafi xəritələr toplusunu dərc edib.

“Qafqazinfo” “RBK” portalına istinadən xəbər verir ki, sözügedən xəritədə Rusiya ərazisinin bir hissəsi Çinin tərkibində qeyd olunub.
Ətraflı

Bildirilir ki, burada söhbət Amur çayı üzərində yerləşən Bolşoy Ussuriysk adasından gedir. Ada 2008-ci ildə Rusiya və Çin arasında bağlanan saziş əsasında iki ölkə arasında bölünüb. Yeni dərc edilən xəritədə isə ada Çinin ən şərq hissəsi kimi ayrılıqda təqdim olunub.

Yeni xəritə toplusu xəbərlər, kitab, reklam materiallarında istifadə üçün nəzərdə tutulub. Rusiya tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...