İlham Əliyev Dağıstan rəhbərinə başsağlığı verdi

İlham Əliyev Dağıstan rəhbərinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

GUNDEMİNFO.AZ xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.
Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...