Rusiya qıcıqlanıb, Azərbaycan isə təmkinlidir – Moskvanın planları baş tutmayacaq
Qarabağ ermənilərinin reinteqrasıyasını təmin etmək üçün lazım olan bütün prosedurlar yerinə yetirilməlidir. Bunlardan biri də humanitar yüklərin Bərdə-Ağdam-Xankəndi marşrutu ilə daşınmasıdır. Brüsseldə üçtərəfli görüşdə də bu təklif bəyənilib və Avropa İttifaqının prezidenti Şarl Mişel bunu rəsmən bəyan edib. Amma bu təklif ermənilər üçün soyuq duş effekti verib.
”Acından ölərik, Bərdə-Ağdam marşrutu ilə gələn yükləri qəbul etmərik” prinsipindən çıxış edən erməniləri bu məsələdə qızışdıran Rusiyadır. Qarabağ ermənilərini tətikləyən, insanları küçələrə çıxaran qüvvələr regionda sabitliyin yaranmasında maraqlı deyillər.
ATƏT-in daimi Şurasının xüsusi iclasında da Rusiya öz mövqeyini bir daha nümayiş etdirib. Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç çıxışını Azərbaycanın əleyhinə qurub və hazırkı vəziyyətin Qarabağ ətrafında mənfi ssenari üzrə inkişaf etdiyini, guya humanitar böhranın dərinləşdiyini bildirib. Özlərini regionun ağası kimi aparan ruslar beynəlxalq platformalarda Azərbaycanın əleyhinə kampaniyanı davam etdirirlər. Cənubi Qafqazdan sıxışdırılan Rusiya müxtəlif təxribatlardan istifadə edərək regionda öz mövqeyini qorumağa çalışır. Deməli, bölgədə yaranacaq sülh onlara sərf etmir və ruslar Qarabağda yalnız münaqişə davam edəcəyi təqdirdə qala biləcəyini düşünür. Ona görə də Rusiya diplomatları beynəlxalq platformalarda ermənilərin mövqeyini birmənalı müdafiə etməklə onları hüquqları pozulan, incidilən tərəf kimi göstərməyə çalışır.
ATƏT-in daimi şurasının iclasında Azərbaycanı ittiham edən rusiyalı diplomat Rusiyanın Qarabağda normal həyatın bərpasına fəal töhfə verməyə hazır olduğunu deyib: “Biz yüksək səviyyəli sazişlərin həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq. Bunun ardınca Moskvada üçtərəfli zirvə görüşü nəzərdə tutulub”, – deyə Lukaşeviç bildirib.
Beləliklə, Rusiya mövqeyini gizlətmir və regionda qalmaq üçün öz oyununu davam etdirir. Brüssel görüşündə əldə olunan nəticələrdən qıcıqlanan rəsmi Moskva indi şərtlərini diqtə etmək üçün zirvə görüşü keçirməyi planlaşdırır. Deməli, regionda sülh istəməyən Rusiyanın məqsədi aydındır. Amma Azərbaycanın çevik və ağıllı xarici siyasəti qarşısında bu planlar baş tutmayacaq.
515 dəfə oxundu