“Ədliyyə Nazirliyindən bizə ikinci məlumat daxil olub”
“Ədliyyə Nazirliyindən bizə ikinci məlumat daxil olub”.
Yeniavaz.com xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bu ikinci məlumat istədiyimiz qədər təfərrüatlıdır. Yəni Ədliyyə Nazirliyi təqdim etdiyimiz hər bir üzvlə bağlı qiymətləndirmə verib ki, bu adam partiya üzvü kimi tanınır və ya tanınmırsa, qeyri-dəqiqlik nədən ibarətdir. Biz bu məlumatı emal elədik. Belə məlum oldu ki, təqdim elədiyimiz 5 min 100 üzvdən 2 min 40 nəfərin məlumatları Ədliyyə Nazirliyinin reyestrində tapılıb, 2 min 20 nəfərin məlumatları tapılmayıb. Bu da hərf və rəqəm xətaları ilə əlaqədar olub. Biz də yoxladıq və məlum oldu ki, vətəndaşların dövlət reyestrinin özündə belə məlumatlar tam dürüst deyil. Qarışıq durumu yaradan dövlətin qeydiyyat sistemidir. 27 nəfər siyahıda təkrar qeyd olunub, 16 nəfər dünyasını dəyişib, təxminən 90 nəfər bir neçə partiyada qeydiyyatdadır”, - Partiya sədri deyib.
O bildirib ki, 986 nəfərə zəng edilərək onların partiyaya üzvlüyü ilə bağlı sualın soruşulması məsələsi isə tamamilə hüquqaziddir.
Qeyd edək ki, iyulun 17-də Partiyanın sədri İlqar Məmmədov məlumat yayaraq, təqdim olunan 5118 nəfərdən cəmi 463-ün Nazirlik tərəfindən üzv kimi nəzərə alındığını bildirmişdi.
520 dəfə oxundu