Bərzani bu gün Azərbaycana səfərə gəlir

Bərzani bu gün Azərbaycana səfərə gəlir
Kürdüstan Bölgəsinin Prezidenti Neçirvan Bərzani bu gün Bakıya gəlir.

Yeniavaz.com İraq mətbuatına istinadla xəbər verir ki, o, səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək.

Qeyd olunur ki, Azərbaycan prezidenti bu il fevralın 18-də Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində baş tutan görüşdə prezident Bərzaniyə dəvət göndərib.

Bildirilir ki, səfərin məqsədi Azərbaycanın İraq və Kürdüstan regionu ilə əlaqələrini müzakirə etmək, eləcə də müxtəlif sektorlar üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...