“Növbəti 30 gün ərzində ya partiyanı buraxmalıyıq, ya da...”

“Növbəti 30 gün ərzində ya partiyanı buraxmalıyıq, ya da...”
“Növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq”.
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Feysbuk profilində yazıb.
O bildirib ki, bu həftə qərar haqda ictimaiyyətə məlumat veriləcək.
“Ədliyyə Nazirliyindən REAL partiyası olaraq rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu”, - İ. Məmmədov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...