BQXK avtomobillərinin Laçından keçidi dayandırıldı

BQXK avtomobillərinin Laçından keçidi dayandırıldı
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlandığını açıqlayıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, DSX, bununla əlaqədar Laçın dövlət sərhədindəki buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırıldığını bəyan edib.
"Qaçaqmalçılıq faktları ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb", - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...