“Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa çağırırıq” – Rusiya XİN
“Moskva Qarabağda atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin davam edən blokadasından son dərəcə narahatdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması hallarının sayının artması və Laçın dəhlizinin davam edən blokadası ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Əldə olan məlumata görə, regionda humanitar vəziyyət pisləşir. Təəssüflə bildirmək məcburiyyətindəyik ki, tədarükün dayandırılması ilə əlaqədar Qarabağ əhalisi ərzaq, zəruri mallar və dərman ehtiyatı olmadan qalmağa məcbur ola bilər”, - Zaxarova bildirib.
“Bu, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara, o cümlədən 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına ziddir. Biz Bakı və İrəvanı bütün məsələləri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq. Biz Azərbaycan tərəfini Laçın dəhlizinin blokunu açmağa, oradan vətəndaşların, nəqliyyat vasitələrinin, mülki yüklərin maneəsiz hərəkətini təmin etməyə çağırırıq”, - XİN sözçüsü əlavə edib.
Zaxarova qeyd edib ki, nizamlanma ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında yeni üçtərəfli təmaslar mümkündür. Rusiya xarici işlər nazirinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək üçün xüsusi nümayəndəsi İqor Xovayev tezliklə regiona səfər edəcək.
467 dəfə oxundu