ABŞ Rusiyaya kömək edən ölkələri açıqladı - 4-ü qonşumuzdur

ABŞ Rusiyaya kömək edən ölkələri açıqladı -
"Rusiya sanksiyalara baxmayaraq əsas elektron komponentlərin idxalının həcmini bərpa edə bilib".
Yeniavaz.com “Politico”ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim Obrayen deyib.
ABŞ rəsmisi bildirib ki, ölkəyə əsas mikroçiplərin və elektronikanın idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb:
“Problem ondan ibarətdir ki, Avropa şirkətləri məhsulları başqa ölkələrə satır, onlar da öz növbəsində bunları Rusiyaya satırlar. Bu komponentlər müasir silahların istehsalında çox vacibdir. ABŞ sanksiyalardan yayınmağa kömək edən 5 ölkə müəyyən edib. Bunlar Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...