Nyu-Yorkda su sammiti keçiriləcək

Nyu-Yorkda su sammiti keçiriləcək

“Yaxın günlərdə ABŞ-ın Nyu-York şəhərində su sammiti keçiriləcək”.

“Report”un xəbərinə görə, bunu Ağdamda Azərbaycan Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev deyib.

O bildirib ki, Nyu-Yorkda su idarəetmə məsələləri müzakirə ediləcək: “Bu da Azərbaycan üçün çox vacibdir”.

“Vurğulamaq istərdim ki, minatəmizləmə məsələsi daimi olaraq ölkə rəhbərinin diqqət mərkəzindədir. Tədbir iştirakçıları Ağdama gələrkən yolboyu azad olunmuş ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsinin, o cümlədən minatəmizləmə işlərinin şahidi oldular. Bu gün Ağdamda faciə baş verib, 2 vətəndaşımız minaya düşərək həlak olub. Bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı”, - S.Hacıyev vurğulayıb.

O qeyd edib ki, BMT nümayəndələri ilə məsləhətləşmələr davamlı həyata keçirilir: “Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xatakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha səmərəli olmasına şərait yaradacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...