“Heydər Əliyev İli”ndə ƏFV sərəncamı imzalanacaq? - AÇIQLAMA

“Heydər Əliyev İli”ndə ƏFV sərəncamı imzalanacaq? -
“Biz də 2023-cü ildə, “Heydər Əliyev İli”ndə böyük əfv sərəncamının imzalanacağını gözləyirik. Arzumuz odur ki, bu gözləntimiz gerçək olsun. Hələ ki, bu barədə dəqiq məlumatımız yoxdur. Çünki heç yerdən bir səs eşitməmişik. Biz isə işləyirik. Monitorinq Qrupu olaraq fəaliyyətimizi bu istiqamətdə davam etdiririk”.

Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi qrupun üzvü Novella Cəfəroğlu deyib.

O bildirib ki, hər dəfə əfv sərəncamının imzalanması ilə bağlı xəbər eşidən kimi İşçi qrup hazırladığı siyahını Əfv Komissiyasına yenidən göndərir:

“Monitorinq qrupu kimi həmişə bu məsələləri gündəmdə saxlayırıq. Bu, bizim gündəmimizdə olan məsələdir. Biz öz üzərimizə düşəni edirik. Tanınmış və siyasi məhbuslarla bağlı bizim siyahıda əfv siyahısına salınmaları üçün 27 nəfərin adı var. Hətta məhkəmələri davam edən şəxslərin ayrıca siyahısını tərtib eləmişik. “Heydər Əliyev İli”ndə əfv sərəncamının olmasını çox istəyirik. Əfv Komissiyasından bununla bağlı bizə dəqiq cavab verməyiblər. Düşünürəm ki, gələn il əfv sərəncamı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...