Cahangir Əsgərov sabah bu vəzifəsindən istefa verəcək - İDDİA

Cahangir Əsgərov sabah bu vəzifəsindən istefa verəcək -

Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.

Bu barədə xəbər Bizim.Media-ya Gənclər və İdman Nazirliyindən verilib.

Nazirliyin inzibati binasında keçiriləcək toplantı sabah günün birinci yarısında baş tutacaq.

İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək. Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub.

AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur. Məlumatlı mənbənin bildirdiyinə görə, sabah onun istefa verəcəyi ehtimal olunur. Səbəb kimi isə son zamanlar onun işinin çoxluğu və yeni aeroport tikililəri ilə bağlı məşğulluğu göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1089 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...