MEHDİYEV İSTİNTAQA CƏLB EDİLƏCƏKMİ? - "O, ağır cinayətlərdə ittiham olunur"
“Ona qarşı cinayət ittihamı irəli sürənlər kifayət qədər ciddi şəxslərdir”
Dünən məlum oldu ki, qalmaqallı istefa xəbərinə baxmayaraq, Ramiz Mehdiyev yenə Azərbaycan Milli Elmlər Akademiyasına gəlib-gedir. Mehdiyev ona yaxınlaşan jurnalistə bildirib ki, ölkə Prezidentinə istefası ilə bağlı müraciət edəcək.
Bundan sonra Prezidentin müvafiq sərəncamı veriləcək və o, Akdademiyadakı iş otağını boşaldacaq. R.Mehdiyevin daha bir açıqlaması onun barəsində səsləndirlən ittihamları "boş söhbətlər" adlandırması idi. Onun "boş" dediyi ittihamlar isə vaxtı ilə ölkə gündəminin ən səs-küylü hadisələrinə aiddir.
Məsələn, Milli Məclisin vitse-spikeri Adil Əliyev R.Mehdiyevi konkret cinayət əməllərində ittiham edib: "Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə əvvəlcə əlbir olan, daha sonra ona tələ quran da həmin Ramiz Mehdiyev idi. Elşad Abdullayevin qardaşının müəmmalı itkisi, meyidinin tapılmaması ilə bağlı suallar bu gün də aktualdır. Bu hadisə ilə bağlı Türkiyəyə qaçırılan Sevinc Babayeva adlı şəxsin zəhərlənərək öldürülməsi, Daxili İşlər Nazirliyində reket yuvası yaradan Hacı Məmmədov və onunla əlbir olanlar haqqında da Ramiz Mehdiyevin gizli saxladığı xeyli mətləb var. Ramiz Mehdiyev Prezident Administrasiyasından Daxili İşlər Nazirliyinin işinə də təsir edir, orada tərəfdar qrupu formalaşdırır, paqonlu dostlarını ətrafında toplayırdı. Böyük müəssisəyə rəhbərlik edən Zülfüqarov qardaşlarının müflis edilməsi, onların zavodlarının reket yoluyla əllərindən alınması və öz qohumu Rasim Məmmədovu həmin zavoda direktor təyin edilməsi “əməliyyatının” arxasında da Ramiz Mehdiyev dayanır..."
Adil Əliyevin adını çəkdiyi iş adamı Loğman Zülfüqarlı mətbuata bildirib ki, onlara qarşı cinayət 2005-ci ilin dekabrında törədilib və bu gün də araşdırılmayıb: "Amma ümidimizi itimirik və Ramiz Mehdiyevin də çox yaxın zamanlarda bizə qarşı cinayətlərə görə qanun qarşısında cavab verəcəyinə, cəzaya çatdırılacağına əminik. Biz 2002-ci ildə “Bakı Elektroştamp”, 1 il sonra isə “Bakı Poladtökmə” zavodlarını özəlləşdirdik. Yenicə işə başlamışdıq ki, Ramiz Mehdiyev başımızın üstünü kəsdi. 2005-ci ilin dekabrında məni və qardaşım Nurədini çağırıb Ramiz Mehdiyevin adından zavodları təhvil verməyimizi tələb etdilər. Deyirdilər ki, Ramiz Mehdiyev zavodları istəyir və zavodları ona təhvil verməlisiniz. Biz imtina etdikdən sonra məni və qardaşım Nurəddini Ramiz Mehdiyevin göstərişi ilə həbs etdilər. Həbsdə olduğumuz dövrdə bizdən 1 tələb vardı: - zavodların səhmlərini Ramiz Mehdiyevin dediyi adamların adına keçirək..."
Göründüyü kimi, həm vitse-spiker, həm də iş adamı Ramiz Mehdiyevə qarşı konkret cinayət ittihamları irəli sürürlər. Amma o, qətiyyən narahatlığını biruzə vermir, özünü əvvəlki kimi ötkəm aparmağa çalışır. Əlbəttə, bu arxayınlıq heç də özünü ictimaiyyət qarşısında təmkinli tutmaq məcburiyytindən irəli gəlmir.
Hər halda, R.Mehdiyev istefa verdiyini elan etdi və yaxın günlərdə onun AMEA-nı tərk edəcəyi şübhə doğurmur. Bəs, akademikə qarşı səsləndirilən ağır cinayət ittihamlarının aqibəti necə olacaq, hüquq-mühafizə orqanları mediada yer alan bu informasiyalar üzrə araşdırma aparacaqlarmı? Məsələn, Loğman Zülfüqarlının mətbuata dedikləri araşdırılacaqmı?
Hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"ya açıqlamasında bildirib ki, Ramiz Mehdiyev barəsində mediada kifayət qədər ağır ittihamlar var: “O, ayrı-ayrı şəxslər tərəfindən hətta ağır cinayətlərdə ittiham olunur. Özü də bu ittihamları irəli sürənlər hüquqi bilgiləri olmayan və ya az olan sadə insanlar deyil, bu ifadələrin məsuliyyətini dərk edən kifayət qədər ciddi şəxslərdir. Belə olan halda, prokurorluq tərəfindən Ramiz Mehdiyev barəsində araşdırmalara başlanmalı, deyilənlər təsdiqini tapdığı halda, konkret cinayət əməlləri üzrə cinayət işi başlanmalıdır”.
750 dəfə oxundu