“Peyğəmbərin evlilikləri cinsi anlamda qəbul olunmamalıdır”

“Peyğəmbərin evlilikləri cinsi anlamda qəbul olunmamalıdır”


Son günlər Məhəmməd peyğəmbərin həyat yoldaşı olmuş Aişənin neçə yaşda evlənməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Qeyd edək ki, ilahiyyatçı Elşad Mirinin fikrincə, Aişə peyğəmbərlər evlənərkən onun 9 yaşı olmayıb. O bildirib ki, Aişə evlənən zaman onun yaşı deyilənlərdən çox olub. Onun fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. “Bəzi tarixçilər Aişənin 9 yaşında Məhəmməd peyğəmbər ilə evlənməsini inkar edir, bəzisi isə bunun doğru olduğunu iddia edir. İslam tarixində bu məsələyə fərqli yanaşmalar var. Birmənalı demək olmaz ki, Aişə 9 yaşında evlənib. Bunu təsdiq edənlər də var, təkzib edənlərdə var. O dövrdəki erkən nikahla indiki dövrün fərqi var”.

O bildirib ki, İslam hökmləri zaman keçdikcə dəyişə bilir.
“O dövrdə erkən nikah qəbul edilirdisə, indiki dövrdə qızlar yetkinlik yaşına çatdıqdan sonra təhsil alırlar, işləyirlər. O dövrün özünə məxsus qayda-qanunları var idi. Bundan başqa da peyğəmbərin evlilikləri cinsi anlamda qəbul olunmamalıdır.

Peyğəmbərin evliliklərin müəyyən bir ictimai əhəmiyyəti də var idi. Tarixdə nikah diplomatiyası adlı bir məfhum var. Müxtəlif qəbilələri birləşdirmək üçün, münasibətləri düzəltmək üçün evlilik əlaqəsinə girirdilər. Ərəbistan yarımadasında qohumluq münasibətlərinə önəm verilirdi.
Peyğəmbərin evlilikləri insanlar arasında birlik yaratmaq məqsədi ilə olurdu. Çox insanlar istəyirdilər ki, peyğəmbərlə qohum olsunlar. Bütün tarixçilər qəbul etmir ki, peyğəmbər Aişə ilə evlənəndə onun 9 yaşı var idi. Amma belə olsa belə, bugünkü meyarlardan çıxış edib onu tənqid etmək düzgün deyil. Peyğəmbərin gətirdiyi din o dövrkü qayda-qanunları birdən-birə inqilabi şəkildə dəyişmək istəmirdi. Cəmiyyətin tədrisi, təkamülü nəticəsində bu qaydalar dəyişə bilərdi. Onu da qeyd edim ki, peyğəmbərin Aişədən övladı olmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...