Azərbaycanda əhalinin sayı ilbəil azalacaq

Azərbaycanda əhalinin sayı ilbəil azalacaq

Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir. “Trend”in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub. Layihəyə əsasən, demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin orta ömür yaşının artırılması üçün qarşıdakı illər üzrə prioritetlər də müəyyələşdirilib.

Bu prioritet istiqamətlər əhalinin bütün sosial-demoqrafik qrupları və təbəqələri üçün sağlam həyat tərzinin yaxşılaşdırılması, əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, ailə planlaşdırılması xidmətinin inkişafı, aztəminatlı əhaliyə, o cümlədən çoxuşaqlı ailələrə, əlillərə, qaçqın və məcburi köçkünlərə müvafiq xidmətlərin göstərilməsi və s-dir. Qeyd edək ki, bu il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda əhalinin sayı 9784,6 min nəfərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...