İcbari tibbi sığortayla bağlı vacib xəbər - Məbləğ açıqlandı

İcbari tibbi sığortayla bağlı vacib xəbər -


Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlanıb. Yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq.

Gundeminfo.az xəbər verir ki, bunu xezerxeber-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, hazırkı təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq olmayacaq.

Sığortanın ödənişləri isə banklar və ödəniş terminalları vasitəsilə həyata keçiriləcək.

Şöbə müdiri bildirib ki, əhalinin əmək qabiliyyətli hissəsi, yəni işləyənlər və iş qabiliyyəti olanlar sığorta haqlarını özləri ödəyəcəklər. Amma burda da bəzi istisnalar olacaq.

Vüqar Qurbanov, həmçinin əlavə edib ki, artıq gələn ilin əvvəlindən etibarən icbari tibbi siğorta üzrə tibbi xidmətlərin göstərilməsinə başlanılacaq.

İlkin təkliflərə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Zərfə çox bahalı əməliyyatlar, o cümlədən ölkədə ən çox rast gəlinən ürək əməliyyatları da daxil edilib. Ancaq B və C hepatitləri, onkoloji xəstəliklər, orqan transplantasiyası əməliyyatları ilkin mərhələdə icbari tibbi sığorta paketinə daxil olmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...