Müəllimlər günü qeyd olundu - FOTO

Müəllimlər günü qeyd olundu -


5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Gənclər Mərkəzində rayonun təhsil işçilərinin bayram toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etmişdir.

Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev toplantını giriş sözü ilə açmış, təhsil işçiləri bayram tədbirinə Azərbaycan Respublikasının himnini oxumaqla başlamışlar. Sonra S.Mirzəyev Respublika Prezidentinin milli təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq rayonun təhsil sahəsində qazandıqları uğurlardan söhbət açmışdır.

Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, Güləbatlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi İradə Mustafayeva, Umudlu kənd tam orta məktəbinin təşkilatçı müavini Xuraman Axundova və şəhər 2 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Mehriban Abbasova çıxış edərək bayram sevinclərini bölüşmüşlər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətlərdən danışmış, bildirmişdi ki, təhsil işçilərinin bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etməyə haqları var. Bu il rayonumuzdan 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə, 5 nəfər Ali Hərbi Məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimiz də çoxdur. Onlardan 5 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günündə isə Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov “Qabaqcıl maarif xadimi” döş nişanına, şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova isə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Təhsil işçilərini təbrik edən rayon rəhbəri bir qrup müəllimə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.

Müəllimlər günü qeyd olundu -
Müəllimlər günü qeyd olundu -
Müəllimlər günü qeyd olundu -
Müəllimlər günü qeyd olundu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...