Pambıqçılıqla məşğul olanlara 60 milyon manat kredit verilib

Pambıqçılıqla məşğul olanlara 60 milyon manat kredit verilib


İmişli rayonunda güzəştli kreditlərdən istifadə etməklə 3800 hektar ərazidə iri fermer təsərrüfatı yaradılıb

Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.


Xəbərdə deyilir ki, nazirliyin Sahibkarlığa Kömək Milli Fondu İmişlidə həyata keçirilən layihələri maliyyələşdirib.

Rayonda sahibkarların iştirakı ilə forum keçirilib. “Forum çərçivəsində İmişlinin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib”, - nazirlikdən deyiblər.

Qeyd edək ki, bu il 1700-dən çox sahibkara 100,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 493 milyon manat güzəştli kredit verilib.

Tədbirdə İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Onu da xatırladaq ki, indiyədək respublika üzrə pambıqçılıqla bağlı layihələrin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 60 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövrü ərzində 2,5 milyon manat güzəştli kredit verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...