Keçmiş məcburi köçkün: "Ən böyük arzumuz bu gün çin olur"

Keçmiş məcburi köçkün:
"Cəbrayıldan çıxanda beş yaşım var idi, ayaqyalın, başıaçıq çıxmışdıq doğma yurdumuzdan".

"Report" xəbər verir ki, bunu Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Nərgiz Qurbanova söyləyib.

O bildirib ki, ən böyük arzusu bu gün çin olur: "Cəbrayıla, doğma yurdumuza qayıtmaq ən böyük arzumuz olub. Bu gün arzumuz çin olur.

Çox pis xatirələrimiz var idi. Ayaqyalın, başıaçıq çıxmışdıq doğma yurdumuzdan. O zaman beş yaşım vardı, xatırlayıram o günləri. Xırdalanda məskunlaşdıq. Yarıac, yarıtox köçkünlük həyatı yaşadıq.

Şükür bu günə ki, artıq torpaqlarımız işğaldan azad edildi və biz bu gün öz yurdumuza, öz evimizə qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 30 ailə (150 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 163 ailənin (583 nəfərin) məskunlaşması təmin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...