Azad olunmuş ərazilərdə torpaqlarla bağlı qərar verilir: Belə istifadə olunacaq

Azad olunmuş ərazilərdə torpaqlarla bağlı qərar verilir:
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...