Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili ilə bağlı ağacəkmə kampaniyasına hazırlıq
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində magistral yolların kənarlarında ağacların əkilməsi üçün hazırlıq işləri aparılır
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Bərdə-Ağdam avtomobil yolunun Köçərli kəndi ərazisində 18–27 oktyabr tarixlərində əkiləcək ağacların quyuların qazılması və ərazinin tullantılardan təmizlənməsi işləri aparılmışdır.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən aksiyasda Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun kənarlarına rayon icra hakimiyyəti tərəfindən 18–27 oktyabr tarixlərində 11000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağaclarının əkilməsi nəzərdə tutulmuşdur.
623 dəfə oxundu