Ölüm anında beyində nə baş verir? - Alimlərdən yeni kəşf

Ölüm anında beyində nə baş verir? -

Estoniyanın Tartu Universitetinin alimləri aşkar ediblər ki, insan beyni hətta ürək dayanmasından sonra da əhəmiyyətli aktivlik nümayiş etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "LADbible" məlumat yayıb.

Alimlər ölüm anında beyin fəaliyyətini öyrənmək üçün gözlənilmədən nadir fürsət əldə ediblər. Epilepsiya xəstəsi olan 87 yaşlı xəstənin planlı müayinəsi zamanı o, infarkt keçirib. Tədqiqatçılar elektroensefaloqramı - beynin elektrik fəaliyyətinin qeydini yazmağa davam etdirib və ürək dayandıqdan sonra da orqanın bunu göstərməyə davam etdiyini görüblər.


Elm adamlarının xüsusi diqqətini çəkən isə ölüm anındakı dalğaların yuxular, xatirələr və meditasiya zamanı müşahidə olunanlara bənzəməsi olub. Bu kəşf klinik ölümlə üzləşmiş insanların bildirdiyi "gözümüzün önündə uçan" həyat fenomeninə işıq sala bilər.

Elmi işə rəhbərlik edən neyrocərrah Ajmal Zemmar fərziyyə irəli sürüb ki, həyatın son anlarında beyin ən vacib xatirələri canlandıra bilir. Bununla belə, alimlər qeyd edirlər ki, daha dəqiq nəticə çıxarmaq üçün əlavə tədqiqatlara ehtiyac var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...