Naxçıvanda uşaqların törətdiyi cinayətlərin sayı dəfələrlə artıb

Naxçıvanda uşaqların törətdiyi cinayətlərin sayı dəfələrlə artıb
Ötən il Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən 287 cinayət törədilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə 14-17 yaşda olan uşaqlar tərəfindən törədilən cinatətlərin sayı 1,4% artıb.
Belə ki, 2022-ci ildə 14-17 yaşda olan uşaqlar tərəfindən 283 cinayət törədilib.
Uşaqlar tərəfindən törədilən cinayətlər ən çox Naxçıvan Muxtar Respublikasında artıb. 2022-ci ildə Naxçıvanda 14-17 yaşda olan uşaqlar tərəfindən heç bir cinayət törədilmədiyi halda, 2023-cü ildə 10 cinayət törədilib.
Qeyd edək ki, uzun illər Naxçıvanda 14-17 yaşda olan uşaqlar tərəfindən cinayət törədilməyib. Yalnız ötən il cinayətlərin sayı kəskin artıb.
Son 20 ildə – 2002-2022-ci illər ərzində Naxçıvan Muxtar Respublikasında 14-17 yaşda olan uşaqlar tərəfindən cəmi 3 cinayət törədilib. Cinayət hadisələri 2007, 2020 və 2021-ci illərin hər birində bir dəfə baş verib. Qeyd etdiyimiz kimi, 2023-cü ildə son 20 ildə baş verən cinayətlərdən təxminən 3 dəfə çox – 10 cinayət törədilib.
Məlumat üçün onu da bildirək ki, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...