İsrailin İran konsulluğuna endirdiyi zərbə nəticəsində 11 nəfər ölüb – İkisi generaldır
İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum zamanı dağılan İran konsulluğunun yerləşdiyi binanın dağıntıları təmizləndikdən sonra qurbanların sayı artıb.
Qeyd olunub ki, ölənlərdən 7-si İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) iranlı hərbi məsləhətçiləri, 3-ü Suriya, digəri isə Livan vətəndaşıdır.
İranın diplomatik missiyasının yerləşdiyi kompleksin yaxınlığında Suriya ordusuna yardım göstərən iranlı hərbçilərin yaşadığı evlər var.
İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamenti 7 iranlı zabitin adını açıqlayıb. Siyahıda iki İran generalı da var. Onlardan biri briqada generalı Məhəmməd Rza Zahedidir ki, o, SEPAH-ın Suriya və Livandakı Əl-Qüds Xüsusi Qüvvələrinin komandiri vəzifəsində çalışıb, digəri Məhəmməd Hadi Hacı Rəhimi isə şiə milis Hizbullah, Livan və Fələstin təşkilatları ilə qarşılıqlı fəaliyyətə nəzarət edib.
354 dəfə oxundu