Bazarda kartof bolluğu: Yerli məhsul xaricidən bahadır — VİDEO

Bazarda kartof bolluğu:
Paytaxt bazarlarında hazırda kartof məhsulu bolluğuna görə digərlərindən fərqlənir. Yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin çoxalacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb.

Ekspertlər qeyd edirlər ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bazarlarda məhsul bol, qiymət isə fərqlidir. Kartofun kiloqramı 60 qəpik - 1 manat 20 qəpik arasında dəyişir.

Amma alıcıların bəzisi marketdə məhsulun daha ucuz olmasını qeyd edir, digəri çeşidlənmənin keyfiyyətindən, bir qismi də qiymətdən narazılıq edir.

Satıcılar isə kartofun ucuz olduğunu, bölgələrdə bu il məhsulun daha bol olduğunu deyirlər.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından dörd milyon dollar azdır.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda ixracın son dönəmlər azalması təkcə bu ilin doqquz ayında deyil, eyni tendensiya ilin altı ayında və ötən il də müşahidə edilib.

Ekspert qeyd edib ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, bazar tələb-təkliflə nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat düşür.

Mövzu ilə bağlı "Xəzər Xəbər"in videomaterialı təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...