Azərbaycan nefti ötən həftə 101 dollardan aşağı enib

Azərbaycan nefti ötən həftə 101 dollardan aşağı enib
Ötən həftə ərzində (25-29 sentyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 100,586 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,576 dollar və ya 0,57% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (III gün) – 102,7 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 99,06 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...