Bəxtiyar Hacıyev yenidən məhkəməyə gətirilir

Bəxtiyar Hacıyev yenidən məhkəməyə gətirilir
Oktyabrın 2-də Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə bağlı məhkəmə prosesi keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə B.Hacıyevin vəkili bildirib.

Onun sözlərinə görə, saat 15:00-da keçiriləcək prosesdə B.Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı ittiham tərəfinin təqdimat və vəsatətinə baxılacaq.

Qeyd edək ki, B.Hacıyevin həbs müddəti sonuncu dəfə iyulun 22-də 2 ay 10 gün müddətinə uzadılmışdı.

Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193 (yalançı sahibkarlıq), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb./Axar.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...