"Hazırda minlərlə yük maşını Astara gömrüyündə növbədə gözləyir"
Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən bir sürücü Meydan TV-yə danışıb.
Sürücü artıq on gündür ki, növbə gözlədiklərini deyir.
“Hazırda minlərlə yük maşını sürücüləri növbədə gözləyir. İrandan yükü vururuq, Astara Gömrük Məntəqəsində 14-15 gün növbə gözləməli oluruq. Bunun da səbəbi odur ki, Azərbaycanda gömrük işçiləri işləmirlər”, – şikayətçi qeyd edib.
Onun sözlərinə görə, şikayətlərinə əhəmiyyət verilmir:
“Dəfələrlə şikayət etmişik, məlumat vermişik, xeyri yoxdur. Bir-iki gün yaxşı işləyirlər, üçüncü gün yenidən vəziyyət korlanır. Astara Gömrük Məntəqəsində öz bildiklərini edirlər. Normal işləsəydilər, biz də evimizə-eşiyimizə tez gedib çatardıq. Hələ də burdayıq, növbə gözləyən maşınların ucu-bucağı yoxdur. 2-3 min maşın növbədə gözləyir”.
“Astara gömrük polisi həmişəki kimi gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Azərbaycan tərəfində heç bir problem də yoxdur”, – Azərbaycan Dövlət Gömrük Komitəsin (DGK) mətbuat katibi Natiq Axundov məsələyə münasibət bildirərkən deyib.
Astara Gömrük Məntəqəsinin önündə əvvəlki illərdə də belə hallar baş verib.
640 dəfə oxundu