Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 00:00-dək tətbiq ediləcək.

Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır



Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində kənar yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...