Azərbaycanda qadınlar kökəlir, kişilər isə arıqlayır

Azərbaycanda qadınlar kökəlir, kişilər isə arıqlayır
Azərbaycanda qadınların 4,6%-i, kişilərin isə 3,3%-i artıq çəkiyə sahibdir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son 7 ildə - 2015-2021-ci illərdə artıq çəkisi olan qadınların sayı artıb, kişilərin sayı isə azalıb.
Belə ki, 2015-ci ildə Azərbaycanda qadınların 4,5%-i, kişilərin isə 3,5%-i artıq çəkiyə sahib olub.
Məlumat üçün qeyd edək ki, bədən çəkisi hesablanarkən çəki boyun metrlə ifadəsinin kvadratına bölünür. Мəsələn, boyu 175 sм (1,75 m), çəkisi 70 kq olan şəxsin bədən çəkisi belə hesablanır: 70 / (1,75*1,75) = 70 / 3,06 = 22,9
Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə alınan nəticə:

18-dən azdırsa – çəki normadan azdır
18-25 – çəki normaldır
26-30 – piylənmə ərəfəsi
31-dən yuxarı – həddən artıq piylənmə



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...