“Beşiktaş”ın yeni baş məşqçisi Şenol Günəş oldu

“Beşiktaş”ın yeni baş məşqçisi Şenol Günəş oldu
Türkiyənin “Beşiktaş” futbol klubu Valerien İsmael ilə yollarını ayırdıqdan sonra baş məşqçi Şenol Günəşlə anlaşıb.

Məlumata görə, bu gün keçirilən idarə heyətinin toplantısında rəhbərlik yerli mütəxəssislə bağlı yekdil razılığa gəlib.

Yaxın saatlarda klubun öz qərarını rəsmən açıqlayacağı bildirilir.

Şenol Günəşin bazar günü keçiriləcək “Ümraniyespor”la matçda komandaya rəhbərlik edəcəyi gözlənilir.

Mənbə: Haber Global



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...