İlon Mask iddialara cavab verdi: "Putinlə cəmi bir dəfə danışmışam"

İlon Mask iddialara cavab verdi:
“Tesla” və “SpaceX” şirkətlərinə rəhbərlik edən sahibkar İlon Mask Rusiya prezidenti Vladimir Putinlə Ukraynada sülh planını müzakirə etmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, İlon Mask bu barədə tvitterdə yazıb.


"Xeyr, elə deyil. Mən Putinlə cəmi bir dəfə danışmışam - təxminən 18 ay əvvəl. Söhbətin mövzusu kosmos olub", - deyə o qeyd edib.

Xatırladaq ki, Avrasiya Qrupunun analitik mərkəzinin rəhbəri Yan Bremmerə istinadən xəbərlər yayılmışdı ki, Mask bir neçə həftə əvvəl Putinlə Ukraynada nizamlanma məsələsini müzakirə edib və bundan sonra bu məsələ ilə bağlı planını tvit edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...