Türkiyə parlamentinin binasında 55 pişik məskunlaşıb

Türkiyə parlamentinin binasında 55 pişik məskunlaşıb
Türkiyə parlamenti kompleksində 55 pişik yaşayır.

Parlamentin əməkdaşlarından biri olan Nur Küçükün sözlərinə görə, kompleksdə xüsusi ab-havanın yaranmasına pişiklər cavabdehdir.

O, pişik balaları və yetkin heyvanlar üçün müxtəlif yemlərin alındığını, TBMM sədri Mustafa Şentopun göstərişindən sonra ev heyvanlarının gündə 3 dəfə yemləndiyi kompleksin ərazisində yemləmə üçün xüsusi yerlərin müəyyən edildiyini diqqətə çatdırıb.

“Bunlar bizim parlamentə fərqli ab-hava gətirən balaca bədheybətlərimizdir. Bu da onların evidir”, - deyə Küçük bəyan edib.

O əlavə edib ki, keçən ay pişiklərdən biri üç bala dünyaya gətirib.

“Parlamentə gələn qonaqlar ərazidə heyvanlarla rastlaşanda həmişə sevinirlər - pişikləri sığallayır və şəkil çəkdirirlər”, - deyə Küçük qeyd edib.

Mənbə: Hüriyyet



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...