Britaniya ilin sonuna qədər müdafiə doktrinasını yeniləyəcək
Böyük Britaniya hökuməti ilin sonuna qədər hərtərəfli təhlükəsizlik, müdafiə və xarici siyasət icmalının yenilənmiş versiyasını dərc edəcək.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Liz Trasın ofsinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Böyük Britaniyanın diplomatik, müdafiə və təhlükəsizlik arxitekturasının düşmən dövlətlərin artan təhlükəsi ilə ayaqlaşmasını təmin etmək üçün Baş nazir Kompleks İcmalın yenilənməsini tapşırıb.
Rəsmi Londonun əvvəlki müdafiə və təhlükəsizlik doktrinası 2021-ci ilin martında, Rusiyanın Ukraynadakı hərbi əməliyyatından əvvəl dərc edilib.
“Yenilənmiş strategiya Rusiya və Çin kimi avtoritar qüvvələrin təzyiqlərinə qarşı möhkəm dayanmaq üçün lazım olan strateji imkanlara və ittifaqlara sərmayə qoymağımızı təmin edir. Yeniləmə ilin sonuna qədər dərc edilməlidir”- məlumatda vurğulanır.
Britaniya Baş nazirinin xarici siyasət və müdafiə məsələləri üzrə xüsusi müşaviri Con Byu müdafiə doktrinasının yenilənməsi prosesinə rəhbərlik edəcək.
607 dəfə oxundu