Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? -
Növbəti tədris ilinin başlamağına təxmini bir aydan biraz müddət qalıb. Artıq valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.

Musavat.com xəbər verir ki, trend Bakının müxtəlif yerlərində yerləşən mağazalarda qiymətlərlə maraqlanıb. Məktəb ləvazimatlarının qiymətini təqdim edirik:

Çantalar: 15-45 manat

Dəftər: 40 qəpik - 1 manat

Sadə karandaşlar: 10-30 qəpik

Rəsm albomları: 1-4 manat

Dəftər-kitab üzlükləri: 20 qəpik

Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 1 - 8 manat

Pozan: 20-50 qəpik

Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik

Xətkeş: 20-40 qəpik

Plastilin: 1-4 manat

Pərgar dəsti: 1 - 3,6 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Məktəbli forması: Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər. Satıcılar qeyd edib ki, məktəb vaxtına kimi qiymətlərin artması gözlənilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...