“Sinirlərim zədələnib deyə daha bir əməliyyata girəcəm” - FOTO
“Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində döyüşmüşəm. Noyabrın 5-də ağır yaralanmışam”.
Bu barədə Oxu.Az-a Vətən müharibəsi iştirakçısı, qazi İlkin Tağıyev məlumat verib.
İlkin Tağıyev 08 noyabr 1993-cü ildə Goranboy rayonunun Hacıallı kəndində anadan olub. Naftalan şəhərində yaşayan İ.Tağıyev müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Qazimiz 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
Qazimiz artilleriya kəşfiyyatçısı kimi qulluq edib və onun PDM-i (piyadaların döyüş maşını) 120 mm-lik minaatan mərmisi ilə vurulub:
“Mərmi məndən yeddi metr uzağa düşdü. Çanaq sümüyüm iki yerə bölündü. Sağ dabanıma bir, qarın boşluğuma iki qəlpə girib. Gözlərim zəifləyib, bağırsaqlarım ciddi zədələnib. Müharibənin ilk günlərindən ön cəbhədə olmuşam və döyüşlərdə iştirak etmişəm. Noyabrın 5-də ağır yaralandım və döyüş sıralarını tərk etmək məcburiyyətində qaldım. İlk olaraq Naftalanda Səhra Tibb Hospitalına gətirildim”.
Qazimiz bu günə qədər 22 cərrahi əməliyyat keçirib, növbəti əməliyyatı isə iyulun 19-da Türkiyədə baş tutacaq.
İlkin Tağıyev bildirib ki, müharibədən sonra dövlət, Müdafiə Nazirliyi və “YAŞAT” Fondu digər qazilər kimi onu da diqqətdən kənarda qoymayıb:
“Son altı əməliyyatım “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Ondan öncəki cərrahi əməliyyatlar Müdafiə Nazirliyinin Hərbi Hospitalında, ATU-nun Tədris Cərrahiyyə Klinikasında və Naftalanda Səhra Tibb Hospitalında həyata keçirilib. Yaralananda noyabrın 5-i saat 22:00-da Səhra Tibb Hospitalında əməliyyat olunmuşam. Noyabrın 6-da səhər saatlarında məni ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətiriblər. Orada əməliyyatdan sonra həyati riskim aradan qalxıb. Bu günümüzə min şükür, dövlətin diqqət və qayğısından razıyam”.
Qazimiz sinirlərinin zədələnməsindən də əziyyət çəkir və ayın 19-u “YAŞAT” Fondunun dəstəyi ilə o, Türkiyəyə göndəriləcək:
“Müalicəm üçün 19-u Gəncədən Türkiyəyə yola düşürəm. Ümid edirəm ki, əməliyyat uğurla həyata keçirilər. Bütün qazilərimizə Allahdan sağlamlıqlarına qovuşmasını diləyirəm”.
945 dəfə oxundu