“AzTV-də “Quran”, “namaz”, “öpmək”, “sevişmək” qadağandır” - Gənc şair nələr gördü?

  “AzTV-də “Quran”, “namaz”, “öpmək”, “sevişmək” qadağandır” -
“Az TV-də “Quran”, “namaz”, “öpmək”, “sevişmək” kimi sözlər qadağandır”. GUNDEMİNFO.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bunu gənc şair Akif Eminquey sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, AzTV-nin radiosunda qonaq olanda maraqlı vəziyyətlə üzləşib:

“Radionun direktoru Rafiq Həşimov gözəl insandır və tanışlığımız da var. Bu yazdıqlarımın onunla bəlkə də əlaqəsi yoxdur.

Kanala, yaxud da radioya ilk dəfə gələn qonağı qarşılamaq mədəniyyəti digər özəl TV-lərdə var. Ən azından bir nəfər gəlir, studiyaya qədər sənə yoldaşlıq edir. Bu gün bir qadının mənə yazığı gəlməsəydi, çox güman elə aşağıda da qalacaqdım.

Əvvəlcə studiyada əyləşdirsələr də, sonra çıxardılar ki, üzrlü sayın, qısa səsyazmamız var. Olsun, gözləyərik. O ərəfədə verilişin redaktoru ilə söhbətimiz oldu. Sən demə, o şeir sevmirmiş. Hətta müasir, gənc imzalarımızı da tanımırmış. "Elə soruşdunuz ki, elə bil gənc şairləri tanımamaq qəbahətdir?!", - dedi. Bunun qəbahət olmadığını, sadəcə veriliş bu formatdadırsa, tanımalı olduğunu dedim. Xanım üzümə baxa-baxa dedi ki, əslində bu layihəni tanınmış və yaşı daha çox imzalarla etsəydilər, daha yaxşı olardı. Duruxdum. Tanınmış? Daha yaşlı?

Yəqin, məsələn, Vahid Əzizi, Vüqar Əhmədi nəzərdə tuturdu. Bilmirəm. Veriliş yazıldı, iş çatdı şeir oxumağa. Heyf! Kaş ki, gəlməzdim. Kaş ki...”

Şair bundan sonar olanları belə qeyd edib:

“Mən haradan bilim, məsələn, AzTV-də “Quran”, “namaz”, “öpmək”, “sevişmək” kimi sözlər qadağandır?! Misal üçün, "Təkliyin namazı qolları bağlı, hər gün zikr edirəm unutmağını". Anama yazdığım şeirdə “Atam üçün oxuyurdu “Quranı”” misrası, yaxud da "Öpdüm səni, sevdim səni, qucaqladım” misralı şeirim AzTV -də olmazmış! Açığı, bunabənzər bir mənzərə ilə qarşılaşacağımı təxmin etmişdim, amma ümidlə getmişdim. Bu kanalda dostlarım işləyir. Bu kanal bir zamanlar ölkənin "siması" olub. Zamanla ayaqlaşa bilməsə də, köklü ənənəyə sahibdir. Nə təəssüf ki, AzTV hələ də Sovet ənənəsindən çıxa bilmir. Hətta bəlkə də elə bilirlər ki, Stalin sağdır və xalqımız ateist olmaldır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...