Rasim Balayevdən ağır sözlər: “Axmaq, səviyyəsiz adamlardır“

Rasim Balayevdən ağır sözlər:

Xalq artisti Rasim Balayev Əməkdar incəsənət xadimi Ayaz Salayev və Xalq artisti Şeyx Əbdül Mahmudovun onun haqda səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Olay-a açıqlaması zamanı ona irad bildirən rejissorlara cavab verib:
Ətraflı

"Onlara nə cavab verim? Axmaq, səviyyəsiz adamlardır. Məni camaat seçib. Özü də bizdə legitimdir, o birisi təyinatladır. Onlara cavab vermək istəmirəm. Əhəmiyyətsiz insanlardır. Hər dəqiqə bir dondan o birinə girən adamlardır. Bu haqda heç nə deyə bilmərəm".

R. Balayev həmçinin kino aləminin iki hissəyə bölünməsi ilə bağlı səsləndirilən fikirlərdən də danışıb:

"Kino aləmi var? Yoxdur! Kinoda əsas çəkilişdir. O da yoxdur. Kino çəkilişi olmasa, bu ittifaq nəyə lazımdır. Çəkiliş olmalıdır. O da hələlik yoxdur. Görək, agentlik yaradıblar, onlar nə edəcək. Amma çəkiliş olmasa ittifaq da heç nəyə lazım deyil".

Qeyd edək ki, A. Salayev mətbuata açıqlamasında R. Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinin heç nəyi dəyişməyəcini deyib. Şeyx Əbdül Mahmudov isə Lent.az-a Rasim Balayevin kinoya xəyanət etdiyini, kinonun sahibinin rejissorlar olduğunu söyləyib. Onun fikrincə, Balayev bu işlə razılaşmamalı idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...