Xarkov vilayətində Rusiya kəşfiyyatına işləyən ukraynalı idmançı tutuldu - VİDEO

Xarkov vilayətində Rusiya kəşfiyyatına işləyən ukraynalı idmançı tutuldu -

Ukrayna milli komandasının tərkibində iki Olimpiya Oyunlarının iştirakçısı, ağırlıqqaldıran Gennadi Krasilnikov rus işğalçılarının atəşini tənzimlədiyi üçün saxlanılıb.

Oxu.Az xəbər verir ki, saxlanılan ağır atletin video görüntüləri internetdə yayımlanıb.

Qeyd olunur ki, ukraynalı müdafiəçilər Xarkov vilayətinin Çuqev şəhərində işğalçılarla əlbir olanları saxlayıblar. Saxlanılanlar arasında ukraynalı idmançı Krasilnikov da olub.

Qeyd edək ki, Krasilnikov ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli idman ustasıdır. O, iki dəfə Yay Olimpiya Oyunlarında ağır çəki dərəcəsində Ukrayna yığmasının heyətində çıxış edib və yekun sıralamada 9-cu və 4-cü yerləri tutub.


Əlavə edək ki, yayılan söhbətlərə əsasən, Ukrayna təhlükəsizlik qüvvələri saxlanılan şəxsi yaxşı tanıyır. İstisna edilmir ki, Gennadi Krasilnikov Ukraynanın şərqində aparılan antiterror əməliyyatlarında iştirak edib.

Xatırladaq ki, daha əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusunun Xarkov vilayətindəki bölmələri Rusiya hərbi kəşfiyyatının atəşi tənzimləyən kimi cəlb etdiyi gənc oğlanı ifşa edib. Rusiyalı hərbçilər mobil messencerdən istifadə edərək onunla əlaqə yaradıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...